Ukrayna baş naziri: Qərbin hərbi dəstəyi istənilən səviyyədə deyil

Ukrayna baş naziri: Qərbin hərbi dəstəyi istənilən səviyyədə deyil "Ukrayna ordusu gücsüz olsa heç bir razılaşma tətbiq olunmayacaq"
Digər ölkələr
15 İyun , 2015 05:34
Ukrayna baş naziri: Qərbin hərbi dəstəyi istənilən səviyyədə deyil

Bakı. 15 İyun. REPORT.AZ/ Ukraynanın baş naziri Arseniy Yatsenyuk hesab edir ki, ABŞ və digər Qərb dövlətlərinin ölkəsinə verdiyi hərbi dəstək istənilən səviyyədə deyil. Bu barədə "Report" İnterfaksa istinadən xəbər verir.

"Zənnimcə, Qərbdə olan dostlarımız təhlükənin miqyasını anlamırlar. Bəzən də başa düşəndə çox gec olur. Biz ancaq müdafiə təyinatlı silah istəyirik", - deyə Yatsenyuk bildirib.

Rəsmi Kiyevin "Donbas böhranını" diplomatik yollarla həll etməyə hazır olduğunu vurğulayan hökümət başçısı, "Əfsuslar olsun ki, diplomatlar hərbi birləşmələrin qarşısını almaqda acizdir", - deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu zəif olsa heç bir razılaşma tətbiq olunmayacaq. 

Son xəbərlər

Orphus sistemi