Ukrayna Avropa İttifaqına üzvlüyə beş il ərzində hazır olacaq

Ukrayna Avropa İttifaqına üzvlüyə beş il ərzində hazır olacaq Bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib
Digər ölkələr
28 Aprel , 2015 02:03
Ukrayna Avropa İttifaqına üzvlüyə beş il ərzində hazır olacaq

Bakı. 28 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, onun ölkəsi Avropa İttifaqına üzvlüklə əlaqədar şərtlərə beş il ərzində əməl etməyə hazır olacağına bildirib.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Poroşenko, bu açıqlamanı Avropa İttifaqı rəsmilərinin onun Ukraynanın şərqində birliyin sülhümühafizə missiyasının yerləşdirilməsinə haqda müraciətini rədd etdiyi bir vaxt verib.

Poroşenko eyni zamanda, fevral ayında Ukrayna hökuməti və separaçıatların nümayəndələri ilə imzalanmış atəşkəs razılığına tam əməl olunmasını təmin etmək üçün lazımi təhlükəsizlik şəraitinin yaradılması məqsədilə Avropa İttifaqının sülhümühafizəçilərinin yerləşdirilməsinə çağırıb.

Avropa İttifaqının prezidenti Donald Task buna cavab olaraq deyib ki, qurum Ukraynaya yardım yollarının dəyərləndirilməsi məqsədilə mülki missiya göndərə bilər. Lakin o, hərbi missiyanın göndərilməsinin qeyr-mümkün olduğunu deyib.   

Son xəbərlər

Orphus sistemi