Əbu-Dabidə "Uber"in 50 əməkdaşı saxlanılıb

Əbu-Dabidə "Uber"in 50 əməkdaşı saxlanılıb Şirkət bu səbəbdən BƏƏ-nin paytaxtında fəaliyyətini dayandırıb
Digər ölkələr
29 Avqust , 2016 07:42
Əbu-Dabidə Uberin 50 əməkdaşı saxlanılıb

Bakı. 29 avqust. REPORT.AZ/ Sərnişindaşıma xidməti təklif edən "Uber" şirkəti BƏƏ-nin paytaxtı Əbu-Dabidə öz fəaliyyətini dayandırıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, ötən bazar ölkədə servisin 50 sürücüsü səbəbsiz yerə saxlanılıb ki, bu da anlaşılmazlıq yaradıb.

"Bu müvəqqəti dayandırılmadır, yeni məlumat əldə olunan kimi, biz xəbər verəcəyik", — deyə BBC şirkətin bəyanatını təqdim edib.

Qeyd olunur ki, xidmət işini təkcə Əbu-Dabidə dayandırıb, Dubayda fəaliyyət əvvəlki qaydada davam etdirilir.

Şirkət Birləşmiş Ərəb Əmirliklərində 2013-cü ildən fəaliyyət göstərir.

"Uber" müştərilərə öz saytı, həmçinin "iPhone"larda və "Android" sistemi ilə işləyən qurğularda xüsusi yaradılmış eyniadlı proqram vasitəsilə şəxsi taksi sifariş etmək imkanı verən avtomobil daşımaları xidmətidir. Xidmət proqram təminatından istifadə edərək yaxınlıqda olan sürücünü müştərinin olduğu yerə istiqamətləndirir. Ödəniş bank hesabı vasitəsi ilə həyata keçirilir və gəlirin 80 faizi taksi sürücüsünə qalır.

"Uber" şirkəti 2009-cu ildə ABŞ-ın San-Fransisko şəhərində yaradılıb. Onun xidmətləri dünyanın 100-dən çox ölkəsinin şəhərlərində, o cümlədən Bakıda istifadə olunur.

Son xəbərlər

Orphus sistemi