​Tüstülənmə səbəbindən Moskva hava limanından təxminən 3 min insan təxliyyə edilib

​Tüstülənmə səbəbindən Moskva hava limanından təxminən 3 min insan təxliyyə edilib Yanğın ocağı binanın alt mərtəbəsində, baqaj bölməsində təxminən 15 kvadrat metr ərazini əhatə edib
Digər ölkələr
3 Sentyabr , 2015 10:41
​Tüstülənmə səbəbindən Moskva hava limanından təxminən 3 min insan təxliyyə edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu səhər Moskvanın "Domodedovo" hava limanında güclü tüstülənmə səbəbindən təxminən 3 min insan təxliyyə olunub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Yanğın ocağı binanın alt mərtəbəsində baqaj bölməsində təxminən 15 kvadrat metr ərazini əhatə edib və hazırda söndürülüb.

"Domodedovo" - Moskvanın üç böyük ən böyük hava limanlarından biridir. Yanvar-iyul aylarında "Domodedovo" hava limanı 17.41 mln. nəfərə xidmət göstərib.

Son xəbərlər

Orphus sistemi