​Türklər Berlində ermənilərin iddiasına qarşı yürüş keçirəcək

​Türklər Berlində ermənilərin iddiasına qarşı yürüş keçirəcək Aksiyaya minlərlə türkün qatılacağı gözlənilir
Digər ölkələr
21 Aprel , 2015 17:53
​Türklər Berlində ermənilərin iddiasına qarşı yürüş keçirəcək

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 25-də Almaniyanın paytaxtı Berlin şəhərində türklərdən ibarət vətəndaş cəmiyyətləri qondarma "erməni soyqırmı" iddiasına qarşı yürüş keçirəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Berlindəki Türk Cəmiyyəti Mərkəzindən bildirilib.

Təşkilat Komitəsinin açıqlamasında vurğulanıb ki, Atatürkün "Yurdda barış, dünyada barış!" deyimini əsas götürən türk millətini "soyqırımı" ilə suçlamanın tarixi gerçəkliklə heç bir əlaqəsi yoxdur.

Komitənin bəyanatına əsasən, türklərə qarşı "soyqırımısayağı" iddiaların Türkiyə-Almaniya və Türkiyə-Ermənistan əlaqələrinə heç bir faydası olmayacaq.

Məlumatda bildirilib ki, yürüşə minlərlə türkün qatılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi