Bakı. 27 yanvar. REPORT.AZ/ İraqın şimalına rəhbərlik edən Məsud Bərzani təmsil etdiyi bölgə xalqı adından Ayn əl-Ərəb şəhərinin İŞİD yaraqlılarından azad edilməsində göstərdiyi yardımlara görə,Türkiyə hökumətinə təşəkkür edib.
"Report" Türkiyənin "haberler" saytına istinadən xəbər verir ki, ötən gecə Suriyanın Ayn əl-Ərəb şəhəri (Kobani) İŞİD terrorçularından azad olunub.
Məsud Barzani Türkiyə ilə yanaşı, Suriyada İŞİD yaraqlılarının mövqelərini bombaladığı üçün müttəfiq qüvvələrinə də təşəkkürünü bildirib.