Türkiyə prezidenti: "Müsəlmanlara xəyanət edənləri necə könülü xidmətçi adlandırmaq olar?"

Türkiyə prezidenti: "Müsəlmanlara xəyanət edənləri necə könülü xidmətçi adlandırmaq olar?" Ərdoğan bu fikirləri I Latın Amerika ölkələrinin Müsəlman Dini Liderlərinin sammitində çıxışı zamanı deyib
Digər ölkələr
15 Noyabr , 2014 15:45
Türkiyə prezidenti: Müsəlmanlara xəyanət edənləri necə könülü xidmətçi adlandırmaq olar?
Bakı. 15 noyabr. REPORT.AZ/ "Müsəlmanlara xəyanət edənləri necə könüllü xidmətçi adlandırmaq olar? Odur ki, əsas vəzifəmiz son nəfəsimizə qədər insanlara haqqı, ədaləti izah etmək və onları düzgün yola dəvət etməkdir". "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Latın Amerika ölkələrinin Müsəlman Dini Liderlərinin sammitinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə milli və beynəlxalq təşkilatlarla təmsil olunduqları hər ölkədə sülhün, dostluğun, qardaşlığın, həmrəyliyin təməllərini qoyub: "Bu sahədə fəaliyyətini təmin etdiyimiz təşkilatın köməyi ilə kimsəsizlərə, yoxsullara, dost və qardaşlarımıza yardım etməyin mübarizəsini aparırıq. Dini və İslamı öz çirkin əməllərinə alət edən terror təşkilatlarının düzgün yolda olduqlarını kim deyə bilər? Başqa ölkələrin maraqları naminə öz vətənlərinə və müsəlmanlara xəyanət edənləri necə könüllü xidmətçi adlandırmaq olar?".

Türkiyə prezidenti əlavə edib ki, İslam dininə insanın öz seçim və iradəsi ilə inanması Allahın bəndəyə bəxş etdiyi ən böyük hədiyyədir: "Əgər onların gözlərini pərdə örtübsə, həmin şəxsləri imana gətirmək mümkün olmayacaq. Belə olduğu təqdirdə əsas vəzifəmiz son nəfəsimizə qədər haqqı izah etmək və insanları düzgün yola dəvət etməkdir. Bu səbəbdən İstanbul insanları haqq yoluna səsləməyə ən münasib şəhərdir". 

Son xəbərlər

Orphus sistemi