Türkiyənin Mardin vilayətində Jandarmeriya bölməsinə silahlı hücum olub

Türkiyənin Mardin vilayətində Jandarmeriya bölməsinə silahlı hücum olub Terrorçuları Jandarmeriya bölməsini minaatanlardan və iriçaplı pulemyotlar atəşə tutublar
Digər ölkələr
14 Yanvar , 2016 07:16
Türkiyənin Mardin vilayətində Jandarmeriya bölməsinə silahlı hücum olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətində bu gecə Jandarmeriya bölməsinə silahlı hücum olub.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Bakı saatı ilə 01.15-də PKK terrorçuları vilayətin Midyat rayonunda Jandarmeriya bölməsini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutublar.

Hərbçilər terrorçulara dərhal cavab atəşi açıblar. 20 dəqiqə davam edən atışmadan sonra PKK silahlıları hadisə yerindən qaçıblar. Onların tutulması üçün bölgədə əməliyyatlar davam edir.

Zərərçəkənlər barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi