Türkiyənin Diyarbakır vilayətində ictimai nəqliyyat işləməyəcək

Türkiyənin Diyarbakır vilayətində ictimai nəqliyyat işləməyəcək Buna səbəb terrorçu PKK təşkilatının avtobuslara silahlı hücumlar təşkil etməsidir
Digər ölkələr
8 Sentyabr , 2015 21:45
Türkiyənin Diyarbakır vilayətində ictimai nəqliyyat işləməyəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır vilayətində sentyabrın 9-dan etibarən şəhərlərarası ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi terrorçu PKK təşkilatına mənsub yaraqlıların son günlərdə avtobuslara silahlı hücumlar təşkil etməsi göstərilir.

Avtobus səfərlərinin bərpa ediləcəyi tarix isə açıqlanmır.

Son xəbərlər

Orphus sistemi