Türkiyənin cənub-şərqində üç hərbçi həlak olub

Türkiyənin cənub-şərqində üç hərbçi həlak olub Daha iki əsgər yaralanıb
Digər ölkələr
21 Fevral , 2016 22:19
Türkiyənin cənub-şərqində üç hərbçi həlak olub

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhülkəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışma nəticəsində iki hərbçi həlak olub. Daha iki əsgər yaralanıb.

"Report"-un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Daha bir hərbçi isə Sirnak vilayətinin İdil rayonunda şəhid olub.

Hər iki vilayətdə barikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin qapadılması və terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

Son xəbərlər

Orphus sistemi