Türkiyənin cənub-şərqində 10 terrorçu məhv edilib

Türkiyənin cənub-şərqində 10 terrorçu məhv edilib İki yerli sakinin də öldüyü əməliyyat nəticəsində 13 nəfər yaralanıb
Digər ölkələr
18 Noyabr , 2015 23:09
Türkiyənin cənub-şərqində 10 terrorçu məhv edilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Türkiyənin cənub-şərqindəki Mardin vilayətində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) 10 üzvü öldürülüb.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, PKK terroçularına qarşı əməliyyat Nusaybin şəhərində keçirilib.

İki yerli sakinin də öldüyü əməliyyat nəticəsində 13 nəfər yaralanıb. 

Qeyd edək ki, Nusaybində noyabrın 13-dən komendant saatı tətbiq olunur. 

Son xəbərlər

Orphus sistemi