Türkiyənin 2 aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

Türkiyənin 2 aviaşirkəti Rusiyaya uçuşları dayandırdı Buna səbəb kimi yanvarın 1-dən sonra Rusiya tərəfinin pilotların viza müraciətlərinə cavab verməməsi göstərilib
Digər ölkələr
5 Yanvar , 2016 21:03
Türkiyənin 2 aviaşirkəti Rusiyaya uçuşları dayandırdı

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyəyə məxsus "Pegasus" və "Onur Air" aviaşirkətləri Rusiyaya uçuşları dayandırıb.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, buna səbəb kimi yanvarın 1-dən sonra Rusiya tərəfinin pilotların viza müraciətlərinə cavab verməməsi göstərilib.

"Pegasus" aviaşirkətinin rəsmiləri yanvarın 16-na qədər olan səfərlər üçün satılan biletlərin müştərilərə geri qaytarılacağını açıqlayıb. "Onur Air" şirkəti də oxşar addım atıb.

Qeyd edək ki, "Pegasus" şirkəti İstanbuldan Moskva bə Krasnodar şəhərlərinə birbaşa uçuşlar həyata keçirirdi. "Onur Air" şirkətinə məxsus təyyarələr isə Nalçik şəhərinə səfər edirdi.

Son xəbərlər

Orphus sistemi