Türkiyədə son üç ayda 48 118 miqrant xilas edilib

Türkiyədə son üç ayda 48 118 miqrant xilas edilib Qaçqınların əksəriyyəti Suriya vətəndaşı olub
Digər ölkələr
3 Sentyabr , 2015 20:58
Türkiyədə son üç ayda 48 118 miqrant xilas edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyədə son üç ayda 48 118 miqrant xilas edilib. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, qaçqınların əksəriyyəti Suriya vətəndaşı olub. 

Ötən ay xilas edilən qaçqınlar arasında Əfqanıstan, Pakistan, Myanmar, Eritreya, Banqladeş, Somali, İran və Livan vətəndaşları var. Təkcə sentyabrın 1-də Egey və Aralıq dənizində 19 əməliyyat zamanı 646 qaçqın xilas edilib. Avqustda bu rəqəm 20 060, iyulda 10 842, iyunda isə 17 216 nəfər olub.

Son xəbərlər

Orphus sistemi