​Türkiyədə polis avtomobili hücuma məruz qalıb, 1 asayiş keşikçisi yaralanıb

​Türkiyədə polis avtomobili hücuma məruz qalıb, 1 asayiş keşikçisi yaralanıb Hücum etmiş şəxslərin hansısa silahlı qruplaşmanın üzvləri olub-olmamaları hələlik məlum deyil
Digər ölkələr
12 İyul , 2016 06:34
​Türkiyədə polis avtomobili hücuma məruz qalıb, 1 asayiş keşikçisi yaralanıb

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyədə polis avtomobili silahlı hücuma məruz qalıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 23:00-da Giresun vilayətinin Dereli raytonunda baş verib.

Məlumata görə, polis əməkdaşı hücum edən şəxslərə təkbaşına müqavimət göstərib. Lakin hücum edən şəxslər asayiş keşikçisini yaralayıblar. Bundan sonra isə hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Polis avtomobilinə hücum etmiş şəxslərin hansısa silahlı qruplaşmanın üzvləri olub-olmamaları hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi