​Türkiyədə iki jurnalist həbs edilib

​Türkiyədə iki jurnalist həbs edilib Onların həbsinə Türkiyədə keçirilmiş parlament seçkilərinin yekununa həsr edilmiş məqalə səbəb olub
Digər ölkələr
3 Noyabr , 2015 20:45
​Türkiyədə iki jurnalist həbs edilib

Bakı. 3 noyabr. REPORT.AZ/ İstanbul məhkəməsi "Nokta" jurnalının baş redaktoru Cevhəri Güvən və nəşrin xəbər şöbəsinin şef redaktoru Murat Çaranın həbs edilməsi ilə bağlı qərar qəbul edib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar hökumət əleyhinə silahlı qiyama çagırışlarda ittiham olunur.

Bundan öncə polis Güvən və Çaranı insanları cinayət və qiyama təhrik etməkdə təqsirli bilərək saxlamışdı.

Onların həbsinə bazar günü Türkiyədə keçirilmiş parlament seçkilərinin yekununa dair məqalə səbəb olub. Nəşrin son buraxılışının birinci səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın portreti çap olunmuşdu. Portretin altında "Bazar ertəsi, 2 noyabr: Türkiyədə vətəndaş müharibəsinin başlanması" ifadəsi verilmişdi. Prokurorluğun təkidi ilə İstanbul məhkəməsi nəşrin bu nömrəsinin müsadirə edilməsinə dair qərar qəbul edib.  

Son xəbərlər

Orphus sistemi