İŞİD Türkiyədə iki jurnalisti qətlə yetirib

İŞİD Türkiyədə iki jurnalisti qətlə yetirib Polisin apardığı axtarış-əməliyyat tədbirləri nəticəsində 7 suriyalı tutulub
Digər ölkələr
30 Oktyabr , 2015 16:50
İŞİD Türkiyədə iki jurnalisti qətlə yetirib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa şəhərində suriyalı iki jurnalist başı kəsilməklə qətlə yetirilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qətlə yetirilən İbrahim Abdulkadir və Firaz Hammadanın adları terrorçu İŞİD-in "ölüm siyahısı"nda olub.

Media əməkdaşlarını terrorçu İŞİD qruplaşmasının üzvləri qətlə yetirib.

Onlar Şanlıurfada ərəbcə çıxan "Ayn Vatan" qəzetində işləyirmiş. Bundan başqa, İbrahim Abdulkadir və Firaz Hammadan Qərbin və Türkiyənin də dəstəklədiyi Suriya Azadlıq Ordusunun üzvləri imişlər.

Polisin apardığı axtarış-əməliyyat tədbirləri nəticəsində 7 suriyalı tutulub. 

Son xəbərlər

Orphus sistemi