​Türkiyədə edam cəzasının bərpa edilməsi ilə bağlı sorğular keçirilib

​Türkiyədə edam cəzasının bərpa edilməsi ilə bağlı sorğular keçirilib Sorğuda iştirak edənlərin 91 faizi edam cəzasının yenidən bərpa olunmasına tərəfdar olduğunu bildirib
Digər ölkələr
2 Avqust , 2016 03:04
​Türkiyədə edam cəzasının bərpa edilməsi ilə bağlı sorğular keçirilib

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyədə edam cəzasının bərpası ilə bağlı sorğular keçirilib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, "turkiyegazetesi.com"da keçirilmiş sorğuda iştirak edənlərin 91 faizi edam cəzasının yenidən bərpa olunmasına tərəfdar çıxdığını bildirib. Sorğuda iştirak edənlərin 7 faizi edam cəzasının bərpasına qarşı çıxıb.

Rəy bildirənlərin 2 faizi bitərəf olduqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra sorğu mərkəzlərindən birinin 5 400 nəfər arasında keçirdiyi sorğuda da iştirak edənlərin böyük qismi ölkədə ölüm cəzasının bərpasına tərəfdar olduğunu bildirib.

Belə ki, rəyi soruşulanlardan 88 faizi "edam cəzası yenidən bərpa olunmalıdır" – deyə bildirib. Respondentlərin ancaq 3 faizi edam cəzasına yox deyib. 

Rəyi soruşulanlardan 9 faizi isə bununla bağlı suala cavab verməyə çətinlik çəkdiyini deyib.

Son xəbərlər

Orphus sistemi