​Türkiyə XİN sözçüsü: "Mosuldan geri çəkilməmişik"

​Türkiyə XİN sözçüsü: "Mosuldan geri çəkilməmişik" Tanju Bilgic: "Ancaq hələlik ora əsgər göndərməyəcəyik"
Digər ölkələr
8 Dekabr , 2015 17:53
​Türkiyə XİN sözçüsü: Mosuldan geri çəkilməmişik

Bakı. 8 dekabr. REPORT.AZ/ "Türkiyə İraqın Mosul əyalətinin Başika hərbi düşərgəsindən geri çəkilməyib, ancaq ora əsgər göndərməyi dayandırıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xairici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic deyib.

XİN təmsilçisi bildirib ki, Türkiyə Mosula yeni daxil olmayıb: "Oradan geri çəkilməmişik. Ancaq əlavə əsgər göndərməyəcəyik".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 2 il yarımdır terrorçulara qarşı mübarizə aparmaq üçün İraqın şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

İraq hökuməti isə Türkiyədən 48 saat ərzində həmin ərazidən çıxmağı tələb edir.

Son xəbərlər

Orphus sistemi