​Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb

​Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb Əraziyə "Azad Suriya Ordusu" qruplaşması nəzarət edəcək
Digər ölkələr
12 Avqust , 2015 03:13
​Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb

Bakı. 12 Avqust. REPORT.AZ/ ABŞ və Türkiyə Suriyanın Türkiyə ilə sərhəddə yerləşən şimal rayonunda təhlükəsizlik zonasının yaradılması barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Firudin Sinirlioğlu məlumat verib.

"Əgər Kürd Fəhlə Partiyası və "İraq-Şam İslam Dövləti" bu zonaya daxil olarsa, Türkiyə və ABŞ onlara zərbə endirəcək", - deyə o CNN TÜRK telekanalının efirində bildirib.

100 km uzunluğu və 45 km eni olan əraziyə "Azad Suriya Ordusu" qruplaşması nəzarət edəcək. Ankara və Vaşinqton belə bir zonanın yaradılması barədə niyyətin olduğunu iyul ayında elan edib. Ərazinin yaradılmasında məqsəd silahlıların Suriya tərəfdən Türkiyə sərhədinə yaxınlaşmasının qarşısını almaqdır.

Son xəbərlər

Orphus sistemi