Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-in 4 obyektini məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-in 4 obyektini məhv edib Əməliyyat Qaziantep əyalətinin Oğuzeli bölgəsi yaxınlığındakı səhrada iki raket mərmisinin partladılmasından sonra həyata keçirilib
Digər ölkələr
28 May , 2016 18:28
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-in 4 obyektini məhv edib

Bakı. 28 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror təşkilatının Suriyanın şimalındakı 4 obyektini məhv edib. 

“Report” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçuların obyektləri sərhəddəki artilleriya qurğularının atəşi ilə məhv edilib.

Əməliyyat Qaziantep əyalətinin Oğuzeli bölgəsi yaxınlığındakı səhrada iki raket mərmisinin partladılmasından sonra həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi