Türkiyə prezidentinin müşaviri Avstraliyalı media maqnatı tənqid edib

Türkiyə prezidentinin müşaviri Avstraliyalı media maqnatı tənqid edib Rupert Murdoch Parisdəki qanlı hadisələr səbəbi ilə bütün müsəlmanları ittiham etmişdi
Digər ölkələr
11 Yanvar , 2015 20:29
Türkiyə prezidentinin müşaviri Avstraliyalı media maqnatı tənqid edib

Bakı. 11 yanvar / Avstraliyalı media nəhəngi 84 yaşlı Rupert Murdoch Fransada «Charlie Hebdo» nəşrinin redaksiyasında törədilən hücumla bağlı "Twitter" sosial şəbəkəsində qalmaqallı şərh yerləşdirib.

"Report" TRT-yə istinadla xəbər verir ki, qısa müddət әrzindә on minlərlə insanın sәrt reaksiyasına səbəb olan bu şərhə Türkiyə prezidentinin müşaviri İbrahim Kalın da "Twitter" vasitəsi ilə münasibət bildirib.

Parisdəki qanlı hadisələr səbəbi ilə bütün müsəlmanları ittiham edən Avstraliyalı media maqnatı tənqid atəşinə tutan İ.Kalın yazıb: "Fransadakı hücumlarla bağlı 1 milyard 600 milyon müsəlmanı günahlandırmaq ən azından axmaqlıqdır və irqçi bir anlayışın təzahürüdür".

Son xəbərlər

Orphus sistemi