Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Ankarada baş verən terror aktı ilə əlaqədar Türkmənistan səfərini təxirə salıb.
“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 12-də Türkmənistanda Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin üçlü görüşünun keçirilməsi də nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Ankarada törədilən terrorda 86 nəfər ölüb, 186 nədər yaralanıb.
Türkiyədə üç günlük yas elan edilib.