Türkiyə polisi Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə əlaqədar 25 şübhəli şəxsi saxlayıb

Türkiyə polisi Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə əlaqədar 25 şübhəli şəxsi saxlayıb Saxlananlar PKK terror təşkilatının üzvləridir
Digər ölkələr
15 Oktyabr , 2016 18:27
Türkiyə polisi Kəmər-Antalya yolunun atəşə məruz qalması ilə əlaqədar 25 şübhəli şəxsi saxlayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları Kəmər-Antalya yolunun raket atəşinə tutulması faktının araşdırılması çərçivəsində xüsusi əməliyyatların gedişatında 25 şübhəli şəxsi saxlayıb.

"Report"un əlumatına görə, bu barədə "Anadolu" agentliyi polisdəki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, əməliyyatlar bütün ölkə üzrə, o cümlədən İstanbulda və Ankarada keçirilib. Saxlananlar PKK terror təşkilatının üzvləridir. Onlar terror fəaliyyətində şübhəli bilinirlər.

Qeyd edək ki, Kəmər-Antalya yolun cümə günü raket atəşinə tutulub. Hadisə nəticəsində heç kim zərər çəkmədi. 

Son xəbərlər

Orphus sistemi