Türkiyə ordusu və koalisiya qüvvələri İŞİD-in 27 terrorçusunu məhv edib

Türkiyə ordusu və koalisiya qüvvələri İŞİD-in 27 terrorçusunu məhv edib Əməliyyat nəticəsində İŞİD-in 5 müdafiə istehkamı və 2 atəş nöqtəsi məhv edilib
Digər ölkələr
16 May , 2016 10:14
Türkiyə ordusu və koalisiya qüvvələri İŞİD-in 27 terrorçusunu məhv edib

Bakı. 16 may. REPORT.AZ/ Türkiyə ordusu ilə beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Hələb şəhərinin şimalındakı terrorçu İŞİD qruplaşmasının mövqelərini bombalamsı nəticəsində 27 terrorçu öldürülüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, antiteror əməliyyatında İŞİD-in mövqelərinə Türkiyə hərbçiləri artilleriyadan, beynəlxalq koalisiya qüvvələri isə havadan bombalamaqla zərbə endiriblər.

Məlumata görə, əməliyyat nəticəsində İŞİD-in 5 müdafiə istehkamı və 2 atəş nöqtəsi məhv edilib.

Son xəbərlər

Orphus sistemi