Türkiyə və Aİ viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlayır

Türkiyə və Aİ viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlayır Aİ ekspertləri Ankaraya səfər edəcəklər
Digər ölkələr
1 İyun , 2016 18:12
Türkiyə və Aİ viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlayır

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin və Avropa İttifaqının (Aİ) texniki qrupları viza rejiminin ləğvi ilə bağlı müzakirələrə iyunun 2-də başlayacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib.

O deyib ki, müzakirə olunacaq məsələlər siyahısına mütləq qaydada miqrantların qaytarılması və yerləşdirilməsi, eləcə də Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi daxildir.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans Aİ ilə Türkiyənin rəsmi Ankaraya vizasız rejimin tətbiq edilməsi şərtləri ilə bağlı konstruktiv danışıqlar keçirdiyini bildirib. O, son maneələrin aradan qaldırılması üzrə işlər aparmaq məqsədilə Aİ ekspertlərinin Ankaraya səfər edəcəyini də söyləyib.

Son xəbərlər

Orphus sistemi