Türkiyə G20-yə rəhbərliyi zamanı diqqətini ən az inkişaf edən ölkələrə yönəldəcək

Türkiyə G20-yə rəhbərliyi zamanı diqqətini ən az inkişaf edən ölkələrə yönəldəcək G20-də sədrlik Türkiyəyə dekabr ayının 1-də keçəcək
Digər ölkələr
12 Noyabr , 2014 12:38
Türkiyə G20-yə rəhbərliyi zamanı diqqətini ən az inkişaf edən ölkələrə yönəldəcək
Bakı. 12 noyabr. REPORT.AZ/ Ankara G20-yə sədrliyi dövründə Böyük İyirmilik üzvləri və dünyanın ən az inkişaf edən ölkələri arasında iqtisadi bərabərsizlik məsələsini qaldıracaq. "Report" "RİA-Novostİ"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə Parlamentində çıxışı zamanı bildirib. 

G20-də sədrlik Türkiyəyə dekabr ayının 1-də keçəcək.

"Türkiyə bir il ərzində dünya iqtisadiyyatının başında olacaq. Sədrliyimiz dövründə biz Böyük İyirmilik üzvləri və dünyanın ən az inkişaf edən ölkələri arasında iqtisadi bərabərsizliyə həsr olunan dialoq üçün qapıları açacağıq. Biz kiçik və orta biznes problemlərini, eləcə də real sektorun dünya iqtisadiyyatına təsiri məsələlərini gündəliyə daxil edəcəyik" - deyə, Ə.Davudoğlu bəyan edib. 

O əlavə edib ki, Türkiyə BMT adından dünyanın 47 ən az inkişaf edən ölkələrə yardım üçün koordinator rolunda çıxış edəcək. "Biz onlara kömək edəcəyik. Bu ölkələr ehtiyac duyduqları zaman öz problemlərinin həlli üçün bizə müraciət edə bilərlər" - deyə, baş nazir bildirib. 

Son xəbərlər

Orphus sistemi