Bakı. 23 yanvar. REPORT.AZ/ Suriyadan atılan mərmi Türkiyənin cənub-şərqindəki Kilis şəhərində yaşayış evinə düşüb.
"Report" "Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
Yaralananların qadın və uşaq olduğu, onların dərhal xəstəxanaya çatdırıldığı bildirilir. Xoşbəxtlikdən xəsarət alanların həyati təhlükəsi yoxdur.
Mərminin Suriyanın şimalındakı Azaz şəhəri yaxınlığından atıldığı güman edilir. Belə ki, bu ərazilərə İŞİD terror qruplaşması nəzarət edir.