Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyənin Sahil Mühafizə Xidməti Egey dənizində, ölkənin qərb sahilində yerləşən adadan 57 qeyri-leqal miqrantı xilas edib.
"Report" "Daily Sabah" qəzetinə istinadən xəbər verir ki, miqrantları daşıyan gəmi İzmir əyalətinin Dikili şəhəri yaxınlığında yerləşən adada saya oturub.
Üç xəstə uşaq və 9 yaşlı şəxs vertolyotla, qalanları isə balıqçı gəmiləri ilə təxliyə edilib. Çünki xidmətin gəmiləri sahili qayalıq olan adaya yaxınlaşa bilməyib.
Qəzetin məlumatına görə, miqrantlar Yunanıstana gedirlərmiş.