​Türkiyə baş nazirinin maşın karvanı qəzaya düşüb

​Türkiyə baş nazirinin maşın karvanı qəzaya düşüb Qəza nəticəsində bir polis əməkdaşı yüngül xəsarət alıb
Digər ölkələr
21 İyul , 2015 19:02
​Türkiyə baş nazirinin maşın karvanı qəzaya düşüb

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlunun maşın karvanında zəncirvari yol qəzası baş verib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, hadisə Türkiyə baş nazirinin Adıyaman Universiteti Təhsil və Araşdırma Xəstəxanasına gəlişi zamanı olub.

Belə ki, maşın karvanı Atatürk Bulvarı Yeni Hal Bazarı qovşağına çatdığı zaman nəqliyyat vasitələrindən birinin sürücüsünün qəflətən əyləci basması səbəbindən Adıyaman rayon jandarmlığının komandanı polkovnik İbrahim Koyuer və rayon polis idarəsinin rəisi Fikrət Salmanerin xidməti maşınları ilə təcili yardım və yanğınsöndürmə maşınlarının da aralarında olduğu 7 maşın qəza törədib.

Qəza nəticəsində bir polis əməkdaşının yüngül xəsarət aldığı və Atatürk Bulvarındakı nəqliyyatın hərəkətinin bir zolaqdan təmin olunduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi