"Türk Hava Yolları"na məxsus təyyarə məcburi eniş edib

"Türk Hava Yolları"na məxsus təyyarə məcburi eniş edib Təyyarənin sərnişinləri eyni təyyarə ilə mənzil başına çatdırılacaqlar
Digər ölkələr
20 Dekabr , 2015 13:42
Türk Hava Yollarına məxsus təyyarə məcburi eniş edib

Bakı. 20 dekabr. REPORT.AZ/ İstanbuldan Toronto beynəlxalq hava limanına istiqamət götürən "Türk Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsi İslandiyada məcbiri eniş edib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məcburi enişə ekipaj üzvlərindən birisinin səhətindəki problem səbəb olub.

Təyyarənin sərnişinləri eyni təyyarə ilə mənzil başına çatdırılacaqlar.

Son xəbərlər

Orphus sistemi