Bakı. 18 mart. REPORT.AZ/ Tunisin paytaxtında naməlum şəxslərin "Bardo" muzeyinə hücumu nəticəsində ölənlərin sayı 22-yə çatıb.
"Report"-un TASS-a istinadən verdiyi məlumata görə, ölənlər arasında Polşa, İtaliya, İspaniya və Almaniya vətəndaşları var.
Hadisə zamanı ən azı 50 nəfər yaralanıb. Girovların azad edilməsi üzrə əməliyyatın başa çatdığı bildirilir. Əməliyyat zamanı 1 polis əməkdaşı ölüb, 2 silahlı məhv edilib.
Daha 3 nəfərin axtarışı davam etdirilir.