Bakı. 8 aprel. REPORT.AZ/ Tunisdə silahlıların hücumu nəticəsində ən azı 4 hərbçi həlak olub.
"Report" xəbər verir ki, hücum Əlcəzair ilə sərhəddə yerləşən Kasserin vilayətində baş verib.
Bu dağlıq rayonda silahlılar dəfələrlə hərbçilərə hücum ediblər.
Hadisə ilə bağlı məsuliyyəti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.