Tunis qətliamı ilə bağlı 12 nəfər saxlanıb

Tunis qətliamı ilə bağlı 12 nəfər saxlanıb Rəsmi orqanlar hücumdan öncə silahlı şəxsə kömək edən şəxsləri axtarır
Digər ölkələr
2 İyul , 2015 20:39
Tunis qətliamı ilə bağlı 12 nəfər saxlanıb

Bakı. 2 iyul. REPORT.AZ/ Tunis rəsmiləri bildirir ki, ötən həftə dənizkənarı kurortda 38 nəfərin ölümü ilə nəticələnən kütləvi qətliamla bağlı sorğulama üçün 12 nəfər saxlanılıb.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, rəsmilər cümə günü Suz şəhərində həyata keçirilən qətliamın yeganə icraçısının təhlükəsizlik işçiləri tərəfindən öldürüldüyünü deyirlər. Buna baxmayaraq rəsmi orqanlar hücumdan öncə silahlı şəxsə kömək edən şəxsləri axtarır.

İslam Dövləti hücumun məsuliyyətini üzərinə alıb.

Son xəbərlər

Orphus sistemi