Tunis parlamentinə yeni spiker seçilib

Tunis parlamentinə yeni spiker seçilib Məhəmməd ən-Nasir 176 səs toplayıb
Digər ölkələr
4 Dekabr , 2014 20:13
Tunis parlamentinə yeni spiker seçilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Tunis Xalq Məclisinə (parlament) yeni sədr seçilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Nida Tunis Partiyasının deputatı Məhəmməd ən-Nasirin vahid namizəd olaraq qatıldığı səsvermədə 217 millət vəkilindən 214 nəfəri iştirak edib. Səsvermə nəticəsində Məhəmməd ən-Nasir 176 səslə parlamentin yeni spikeri seçilib. Məsələyə 34 nəfər bitərəf qalıb, 4 səs isə etibarsız sayılıb.

Qeyd edək ki, bu il oktyabrın 26-da Tunisdə keçirilən parlament seçkilərində NidaTunis Partiyası 39,17 faiz səslə 217 yerlik parlamentdə 85 deputat mandatı qazanıb, onu 69 millət vəkili ilə Nahda Hərəkatı izləyir.

Son xəbərlər

Orphus sistemi