Tramp və Klinton Arizona ştatında keçirilən praymerizdə qalib gəlib

Tramp və Klinton Arizona ştatında keçirilən praymerizdə qalib gəlib Klinton hazırda səslərin 61,5%-ni, Tramp isə 45,4%-ni toplayır
Digər ölkələr
23 Mart , 2016 08:00
Tramp və Klinton Arizona ştatında keçirilən praymerizdə qalib gəlib

Bakı. 23 mart. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton və milyarder Donald Tramp demokrat və respublikaçıların Arizona ştatında keçirilən ilkin seçkilərində qalib gəliblər.

“Report” CNN-ə istinadən xəbər verir ki, Klinton səslərin 51%-nin hesablanmasından sonra 60,3%, onun partiyadan olan rəqibi, senator Berni Sanders isə 37,1% səs toplayıb.

Öz növbəsində respublikaçıların praymerizində Tramp 46,5%-lik göstərici ilə liderlik edir. Texas ştatından olan senator Ted Kruz və Ohayo qubernatoru Con Keysikin isə səslərin 46%-nin hesablanmasından sonra müvafiq olaraq 21% və 10,2% səsi var.

Son xəbərlər

Orphus sistemi