Tramp: "Mənim Putinlə münasibətlərim çox yaxşı olacaq"

Tramp: "Mənim Putinlə münasibətlərim çox yaxşı olacaq" "Düşünürəm ki, onunla yola gedə biləcəyəm"
Digər ölkələr
8 Sentyabr , 2016 09:45
Tramp: Mənim Putinlə münasibətlərim çox yaxşı olacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, seçkilərdə qələbə qazanacağı təqdirdə onun Rusiya prezidenti Vladimir Putinlə və Rusiya ilə çox yaxşı münasibətləri olacaq.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"Düşünürəm ki, onunla yola gedə biləcəyəm. Bu sistem çərçivəsində (Rusiya) o, bizim prezidentimizdən daha yaxşı lider olub", - Tramp veteranlar forumunda çıxışı zaman bildirib. 

Putindən danışarkən, Tramp xatırladıb ki, Rusiya prezidentinin bəyənilmə reytinqi 82% təşkil edir.

Son xəbərlər

Orphus sistemi