Tramp: Başqa ölkələrin həbsxana və ruhi xəstəxanalarında olmuş şəxslər ABŞ-a gəlib

Tramp: Başqa ölkələrin həbsxana və ruhi xəstəxanalarında olmuş şəxslər ABŞ-a gəlib Birləşmiş Ştatlar sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxana vəə ya ruhi xəstəxanalarında olmuş şəxslər də var.
Digər ölkələr
8 May , 2024 06:34
Tramp: Başqa ölkələrin həbsxana və ruhi xəstəxanalarında olmuş şəxslər ABŞ-a gəlib
Donald Tramp

Birləşmiş Ştatların sərhədini keçən sənədsiz miqrantlar arasında digər ölkələrin həbsxana və ya ruhi xəstəxanalarında olmuş şəxslər də var.

“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “WGAL”a müsahibəsində deyib.

“Onlar (indiki Amerika administrasiyası - Qeyd) qərara gəliblər ki, dünyanın hər yerindən insanların ölkəmizə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır: həbsxanalardan, psixiatrik xəstəxanalardan hamını qəbul edirik”, - deyə o bildirib.

Eyni zamanda Tramp etiraf edib ki, miqrantlar arasında ABŞ-a fayda verən insanlar da var.

Son xəbərlər

Orphus sistemi