Tramp 2001-ci ildə Nyu-Yorkda baş vermiş terror hücumlarının vaxtını səhv salıb

Tramp 2001-ci ildə Nyu-Yorkda baş vermiş terror hücumlarının vaxtını səhv salıb Tramp: "Mən orada aşağıda idim və iyulun 11-də polisləri və yanğınsöndürənlərimizi seyr edirdim"
Digər ölkələr
19 Aprel , 2016 08:40
Tramp 2001-ci ildə Nyu-Yorkda baş vermiş terror hücumlarının vaxtını səhv salıb

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ-da Respublikaçılar partiyasından ölkə prezidentliyinə namizəd seçilməyə ən real iddiaçılardan sayılan Donald Tramp 11 sentyabr 2001-ci il tarixində Nyu-Yorkda baş vermiş terror hücumlarının vaxtını səhv salıb.

"Report" xəbər verir ki, bu barədə "Huffington Post" qəzeti məlumat yayıb.

"Mən orada aşağıda - düz Ümumdünya Ticarət Mərkəzinin yanında idim və iyulun 11-də polisləri və yanğınsöndürənlərimizi seyr edirdim", - deyə milyarder Nyu York ştatındakı preumerizdən əvvəl Baffalo şəhərinə səfəri zamanı deyib.

Xatırladaq ki, 2001-ci ilin sentyabr ayında "Əl-Qaidə" terror təşkilatının terrorçu-kamikadzeləri dörd sərnişin təyyarəsini qaçırmış, onlardan ikisini Nyu-Yorkun işgüzar rəmzi olan Ümumdünya Ticarət Mərkəzinə, digərlərini isə Pentaqona və böyük ehtimal, Ağ Ev və ya Kapitoliyaya yönləndirmişdi. 11 sentyabr terroru nəticəsində 2974 nəfər ölmuş, 24 nəfər itkin düşmüşdü.

Son xəbərlər

Orphus sistemi