Tonqa Krallığında 5,8 bal gücündə zəlzələ baş verib

Tonqa Krallığında 5,8 bal gücündə zəlzələ baş verib Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir
Digər ölkələr
7 Aprel , 2015 07:34
Tonqa Krallığında 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. 7 aprel. REPORT.AZ/ Tonqa Krallığı sahillərində bu gün Bakı vaxtı ilə 05.46`da 5,8 bal gücündə zəlzələ baş verib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumara görə, yeraltı təkanların episentri Niuatoputapu adasıdında, Xixifo yaşayış məntəqəsindən 100 km aralıda yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Tonqa Sakit okeanın cənubunda 170 kiçik adadan ibarət ölkədir.

Son xəbərlər

Orphus sistemi