Toni Bler İraqdakı səhvlərə görə məsuliyyət daşımağa hazır olduğunu bildirib

Toni Bler İraqdakı səhvlərə görə məsuliyyət daşımağa hazır olduğunu bildirib "Mən heç bir bəhanəsiz, istisnasız olaraq bütün səhvlərə görə tam məsuliyyəti daşıyıram"
Digər ölkələr
6 İyul , 2016 16:02
Toni Bler İraqdakı səhvlərə görə məsuliyyət daşımağa hazır olduğunu bildirib

Bakı. 6 iyul. REPORT.AZ/ "Mən 2003-cü ildə Böyük Britaniyanın İraqa hərbi müdaxiləsi zamanı yol verdiyi səhvlərə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Britaniyanın sabiq baş naziri Toni Bler ölkəsinin İraqa hərbi müdaxiləsinin nəticələrinə dair dərc olunmuş hesabatdan sonra yaydığı bəyanatda bildirib.

"Mən heç bir bəhanəsiz, istisnasız olaraq bütün səhvlərə görə tam məsuliyyət daşıyıram. İraqdakı hərbi əməliyyatlarda qurbanların olması ilə bağlı dərin təəssüf hissi keçirdiyimi və Silahlı Qüvvələrimizə dəstəyimi bildirirəm", - deyə T.Bler vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi