Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Tokionun mərkəzi rayonu Sindzükuda hotellərin birində yanğın baş verib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı bir qadın həyatını itirib. Xilasedicilər onu yanan binadan çıxarsalar da, qadın xəstəxanada dünyasını dəyişib. Başqa xəsarət alanlar haqda məlumat verilmir.
Hadisə yerinə 30 yanğınsöndürən briqada cəlb edilib. Alovun qarşısı alınsa da, binanın birinci mərtəbəsinə ciddi ziyan dəyib. Beşmərtəbəli hotel turistlər arasında məşhur olan Kabukite məhəlləsində yerləşir. Burada bir çox kafelər, restoranlar və əyləncə mərkəzləri fəaliyyət göstərir.