Tokio: İŞİD-in girov götürdüyü yapon jurnalistlə bağlı danışıqlar dalana söykənib

Tokio: İŞİD-in girov götürdüyü yapon jurnalistlə bağlı danışıqlar dalana söykənib İŞİD-in ultimatumunun vaxtı artıq başa çatıb
Digər ölkələr
31 Yanvar , 2015 04:42
Tokio: İŞİD-in girov götürdüyü yapon jurnalistlə bağlı danışıqlar dalana söykənib

BAKI. 31 yanvar. REPORT.AZ/ İŞİD yaraqlıları tərəfindən girov götürülmüş yapon jurnalist Kenzi Qotonun azad olunması istiqamətində aparılan danışıqlar dalana söykənib.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın dövlət naziri Yasuhide Nakayama İordaniyanın paytaxtı Əmmanda keçiridiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Yaponiyanın xarici işlər naziri Fumio Kişida ötən gün bəyan edib ki, vəziyyətin dəyişilməsi ilə bağlı heç bir məlumat yoxdur.

F.Kişida Yaponiya hökumətinin İordaniyanın hakimiyyət orqanlarından Əmmandakı yapon nümayəndəliklərinin mühafizəsini gücləndirməyi xahiş etdiyini də açıqlayıb. Nazir qeyd edib ki, buna səbəb İŞİD yaraqlıları tərəfindən girovların götürülməsi ilə bağlı gərginliyin artmasıdır.

Xəbər verdiyimiz kimi, İŞİD yaraqlıları girovun azad olunması müqabilində Əmman türməsində saxlanan terrorçu qadın Sacida al-Rişavinin onlara verilməsini tələb ediblər. Ultimatumun vaxtı yanvarın 29-da yapon vaxtı ilə saat 23:30-da başa çatıb. Terrorçu qadının hələ də türmədə olduğu bildirilir.

Yaraqlılar tərəfindən yeni tələblərin daxil olması barədə heç bir məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi