​Timoşenko barəsində hökm çıxaran hakimin həbsinə icazə verilib

​Timoşenko barəsində hökm çıxaran hakimin həbsinə icazə verilib Rodion Kireyev 5 ildən 8 ilədək azadlıqdan məhrum edilib
Digər ölkələr
5 Fevral , 2015 14:41
​Timoşenko barəsində hökm çıxaran hakimin həbsinə icazə verilib

Bakı. 5 fevral. REPORT.AZ/ Ukrayna Ali Radası ölkənin keçmiş baş naziri Yuliya Timoşenkonun azadlıqdan məhrum edilməsi barədə hökm çıxaran Kiyev şəhəri Peçer rayonunun hakimi Rodion Kireyevin cinayət məsuliyyətinə cəlb olunmasına icazə verib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, ötən il aprelin 4-də Ukrayna Baş Prokurorluğu Kireyev barəsində cinayət işi açıb. Prokurorluq cinayət işini 2014-cü ilin iyununda Ali Məhkəməyə verib. Həmin sənədə əsasən, hakim 5 ildən 8 ilədək azadlıqdan məhrum edilib.

İyulun 2-dən isə R.Kireyev "yoxa çıxıb" və indiyədək yaşadığı yer məlum deyil.

Son xəbərlər

Orphus sistemi