Bakı. 15 noyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsinin qəzası ilə əlaqədar olaraq Şarm-əl-Şeyx istiqamətində uçuşlarına verdiyi 15 günlük fasilənin vaxtını noyabrın sonunadək uzadıb.
Türkiyə KİV-lərinin məlumatına görə, THY hələlik bölgəyə zəruri uçuşlarını Oman üzərindən həyata keçirir.