"The Independent" səyahət təhlükəli olan ölkələrin xəritəsini dərc edib

"The Independent" səyahət təhlükəli olan ölkələrin xəritəsini dərc edib XİN vətəndaşlara Azərbaycanın müəyyən bölgələrinə səfər etməməyi tövsiyə edib
Digər ölkələr
11 Noyabr , 2015 11:16
The Independent səyahət təhlükəli olan ölkələrin xəritəsini dərc edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın "The Independent" nəşri səyahət təhlükəli olan ölkələrin xəritəsini dərc edib. "Report" adıçəkilən nəşrə istinadən xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarına 18 ölkəyə, eləcə də bir neçə ölkənin münaqişə olan bölgələrinə getməməyi məsləhət görüb.

Britaniya XİN-i Yaxın Şərq ölkələri və bir neçə Afrika ölkəsini "qara siyahı"ya salıb. Buraya İraq, Liviya, Fələstin, Somali, Suriya, Tunis, Yəmən daxildir.

Eyni zamanda, nazirlik vətəndaşlarına Azərbaycan, Gürcüstan, Misir, Rusiya, Ukrayna, Tayland və s. kimi ölkələrin müəyyən bölgələrinə səfər etməməyi də tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi