​Texasda təyyarə avtomobilin üzərinə düşüb, 3 nəfər ölüb

​Texasda təyyarə avtomobilin üzərinə düşüb, 3 nəfər ölüb İnsident Hyuston şəhərində Uilyam P.Hobbi aeroportu yaxınlığında baş verib
Digər ölkələr
10 İyun , 2016 00:18
​Texasda təyyarə avtomobilin üzərinə düşüb, 3 nəfər ölüb

Bakı. 9 iyun. REPORT.AZ/ Amerikanın Texas ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "KPRC 2" telekanalı məlumat yayıb.

İnsident Hyuston şəhərində Uilyam P.Hobbi adına hava limanı yaxınlığında baş verib.

Hadisə yerindən çəkilən kadrlardan təyyarənin park edilmiş avtomobilin üzərinə düşdüyü görünür. Şahidlərin sözlərinə görə, insident zamanı avtomobildə heç kim olmayıb.

Son xəbərlər

Orphus sistemi