Texasda polis əməkdaşı silahsız afroamerikalını güllələyib

Texasda polis əməkdaşı silahsız afroamerikalını güllələyib Hadisə Texas ştatının Arlinqton şəhərində baş verib
Digər ölkələr
9 Avqust , 2015 03:38
Texasda polis əməkdaşı silahsız afroamerikalını güllələyib

Bakı. 9 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Arlinqton şəhərində polis əməkdaşı 19 yaşlı silahsız afroamerikalı gənci güllələyib.

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, Kristian Teylor adlı gənc idarə etdiyi avtomobillə avtosalonun pəncərələrini qıraraq içəri daxil olub.

Hadisə yerinə çağrılan asayiş keşikçiləri gəncin avtosalona qarət məqsədi ilə gəldiyindən şübhələniblər. Kristian Teylor müqavimət göstərdikdə isə Bred Miller adlı 49 yaşlı polis əməkdaşı onu güllələyib. Teylor hadisə yerində keçinib.

Son xəbərlər

Orphus sistemi