Terrorçu-kamikadze Əfqanıstanda NATO qüvvələrinin konvoyuna hücum edib

Terrorçu-kamikadze Əfqanıstanda NATO qüvvələrinin konvoyuna hücum edib ABŞ səfirliyinin yaxınlığında baş verən terror aktında 13 nəfər həlak olub
Digər ölkələr
16 Sentyabr , 2014 13:03
Terrorçu-kamikadze Əfqanıstanda NATO qüvvələrinin konvoyuna hücum edib
Bakı. 16 senyabr. REPORT.AZ/ Terrorçu-kamikadze Kabildə beynəlxalq hava limanı yaxınlığında minalanmış avtomobillə NATO qüvvələrinin konvoyuna hücum edib. Report İTAR-TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində 13 nəfər həlak olub. 

Terror aktı hava limanına gedən yolda - ABŞ səfirliyinin yaxınlığındakı ərazidə baş verib. Hadisə yeri təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Polislər ölənlər arasında mülki vətəndaşların olmasını istisna etmirlər.

Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatının yaraqlıları öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi