​Terrorçular Suriyanın kəndlərinə 250 mərmi atıblar

​Terrorçular Suriyanın kəndlərinə 250 mərmi atıblar Əl-Fua və Kefraya iki ildən artıqdır ki, mühasirədədir
Digər ölkələr
18 Sentyabr , 2015 22:03
​Terrorçular Suriyanın kəndlərinə 250 mərmi atıblar

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Cəbhat ən-Nüsra" və "Cund əl-Əksa" terror qruplaşmaları Suriyanın şimal-qərbində yerləşən Əl-Fua və Kefraya kəndlərini hücum ilə ələ keçirməyə cəhd göstərirlər.

"Report" xəbər verir ki, terrorçular cümə günü sözügedən yaşayış məntəqələrinə 250 mərmi atıblar.

Quldur dəstələri Əl-Fua və Kefraya kəndlərini iki ildən artıqdır ki, mühasirədə saxlayırlar. Yerli müdafiə qüvvələri havadan onlara edilən yardım sayəsində uğurla müdafiə olunurlar. Onlara vertolyotlar vasitəsi ilə ərzaq və döyüş sursatları atılır.

Son xəbərlər

Orphus sistemi