​Terrorçular Hələbə kimyəvi bomba atıblar, ölənlər var

​Terrorçular Hələbə kimyəvi bomba atıblar, ölənlər var 5 dinc sakin həyatını itirib
Digər ölkələr
3 Avqust , 2016 00:38
​Terrorçular Hələbə kimyəvi bomba atıblar, ölənlər var

Bakı. 3 avqust. REPORT.AZ/ Suriyanın Hələb şəhərinə terrorçular tərəfindən tərkibində zəhərləyici maddələr olan mərmilər atılıb, 5 dinc sakin həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə şəhəri müdafiə edən könüllülərə istinadən RİA "Novosti" məlumat yayıb.

"Terrorçular tərkibində boğulma və əsəb sistemində zəiflik yaradan maddə tərkibli silah tətbiq ediblər. 5 nəfər boğularaq ölüb", — deyə agentliyin həbsöhbəti bildirib.

Məlumata görə, mərmilər Bab-əl-Fərəc və Bustan-Kel-Ab məhəllələrində baş verib.

Son xəbərlər

Orphus sistemi